Рубрики
Мнение

Mağazada hadisə

Bu qızın mağazadan «Mentalitet Xala» tərəfindən qovulmasında heç kimin fikir vermədiyi bir məqam var. Qız ona nə cavab verdi, nə kobudluq elədi, sakitcə çıxıb getdi. O yaşlı qadının isə İQ səviyyəsi danışığından görünür. (Videoda belə gördüm)

O xala ağıllı və mədəni adam olsaydı yaxınlaşıb deyərdi ki: “Qızım, belə geyinmə, ayıbdır axı. Camaat baxır, jfdjskdsk”, bir sözlə öyüd nəsihət şəkilində. Bu daha effektli olardı. Qız da bəlkə utanıb, üzr istəyərdi və daha belə etməzdi.

Mən eleqant geyim tərəfdarıyam, həm kişi, həm də qadın üçün. Əgər çılpaq çıxmayıbsa, nə geyindiyi vacib deyil. Şəhərdə nəhəng arxa nahiyyəsi olan və skinni cinsdə yaxud retuzda çıxan o qədər qadın var, onlara məsələn söz deyən yoxdur.

Başqalarını tənqid, təhqir edənlər isə onun-bunun ayağının altını qazanlar, başqalarının arxasınca şayə yaynlardır, guya indi bunlar xalqı düşünür.

Ömrü boyu Azadlıq qışqırırıb, amma insanların azadlığını məhdudlaşdırmaq istəyirlər. #gülbaşımıza

Bu hadisəni videoyaya çəkib, paylaşan da başqa bir “aləmdir”. İnsan haqqına tüpürüb, like toplayanlardır. O qədər xəstədilər ki, gördüyü hər şeyi çəkib, paylaşırlar.