Рубрики
Кино

Peyğəmbərin arvadı

Neflix-də Musa peyğəmbər haqqında sənədli filmə (Testament: The Story of Moses) baxıram. Sinay dağında Tanrı ilə görüşdən sonra ailəsini götürüb Misirə qayıtmaq fikrini arvadına söyləyəndə, qadın çox əsəbi ona deyir ki, “Sən heç səninlə danışan Tanrını görməmisən, amma onun sözü ilə hərəkət etmək istəyirsən. Biz sənin ailənik, bizi niyə riskə atırsan, otur oturduğun yerdə, uşaqlara yazılğın gəlsin! Sən Misirə gedib çıxa bilsən, Firon heç sənə qulaq asamayacaq.” (bizim qadınların dilinə çevrilmiş mətndir). Musa da əsəbləşib, əlini masaya çırpır ki, bu ailənin başçısı mənən, Mən qərar verirəm. Arvad qorxusundan tabe olur. Bu dünyada dəyişən ancaq texnologiyalardır.

Əgər Musa peyğəmbər arvadının sözünə baxıb, Misirə qaytımasaydı, Yəhidilər növbəti 430 il də Fironların qulu olaraq qalacaqdılar.

Çox maraqlı filmdir, bədii janrda hazırlanıb və müxtəlif Dindən (İudaizm, Xristianlıq və İslam) olan ilahiyətçilər tərəfindən müzakirə edilir. Çox maraqlı filmdir.