Рубрики
Кино

Kosmosa vızov

Neçə vaxtdır Kinopoiskdə “Вызов” filminin banneri çıxırdı, amma belə filmləri qədər sevmədiyim üçün iqnor edirdim. Son dəfə bu janrda baxdığım film «Passengers» idi. Dünən şəhərdə bir neçə nəfərin söhbətində «Amerkannar aya getməylərinin yalan olduğunu boyunlarına alıblar» söhbətindən sonra YouTube-da film haqqında filmə baxdım və kinonun özünə keçdim. 

Kinonun maraqlı tərəfi odur ki, 37 dəqiqəsi real olaraq kosmosda, MKS-də çəkilib və 3 real astronavt, 1 aktyor və operator iştirak edib. Hər aktyora kosmosa uçmaq nəsib olmur, həm də bu qəhrəmanlığa bərabərdir.

Film Konstantin Ernstin rəhbərliyi ilə Roskosmos ilə birgə çəkilib.  Filmin rejissoru Klim Şipenkodur. Baş rolun ifaçısı, aktrisa üçün  keçirilən kastinqdən Юлия Пересильд keçə bilib, çünki kosmosa uçmaq üçün güclü orqanizm, sağlamlıq və dözümlülük lazımdır.  12 sutka ərzində kosmosda çəkilişlər edilib.  Ən çətini isə raketlə qalxış və kapsulada geri qayıtmaqdır.

Filmə görə Yuliyaya Rusiya prezidenti medal və premiya də verib. Bu filmlə Rusiya dünyaya sübut etmək istəyir ki, kosmosda birincidir, özü də ölkənin embarqo və iqitsadi tənəzzül yaşadığı dövrdə. 

Bütün dünya tərəfindən blokda olan Rusiya kosmosda film çəkir, bizim kinemotoqrafsa hələ də səviyyəsiz və ləhcə ilə danışan dələduz baş qəhərmanlardan o tərəfə keçə bilmir. 

Kino təşviqatdır və gənclərin tərbiyəsində böyük rolu var. Çünki, tamaşaçı gənc nəsil baş qəhrəmanlara oxşamağa çalışır. Yerli filmlərdə bu funksiyanı çox gözəl yerinə yetirir. #gülbaşınıza 

P.S. Filmdə product placementlər var. Məsələn, Yevgeniya anasına kosmosda olarkən anasına telefondakı Tnkoff tətbiqi ilə pul köçürür. Məncə, qəşəng reklamdır.