Рубрики
Вспомнить все

Çəkməli adam

Uşaqlığımızda gördüyümüz, eşitdiyimiz, oxuduğumuz hər şey bizim şüurumuzu formalaşdırır.  Məhz o zamanlar “Çəkməli pişik” yapon istehsalı multfilmi ən sevimlilərdən idi. Çünki, həmin pişik azadlıq sevər, bacarıqlı, insan psixologiyasını bilən, məqsədinə yetmək üçün müxtəlif yolları tapması, hamıyla məzələnməsi, ən başlıcası yaxşı təqdimat və PR bacarıqları məni valeh etmişdi. Hələ Lusiferlə məzələnməsini demirəm. Bəlkə də ona görə […]

Рубрики
Вспомнить все

Zayka

O vaxtlar bir tanış Qız vardı. Hamı ona Zayka deyirdi (azərbaycanca Dovşanka deməkdir). Adını bilmirdim deyə Mən də onu Zayka çağırırdım. Bir neçə il sonra buna mesaj göndərirəm ki, «Zayka privet! Kak dela?» Sən demə ərə gedib, nömrəni də ərinə verib. Mən də hardan bilim. O da cavab verdi ki, qaqaş, burda zayka-mayka yoxdu, nömrəni […]

Рубрики
Вспомнить все

Bir sual, bir cavab

Uzun illər öncə Ermenegildo Zegna markasının ilk butikinin açılışında italyanlarla mağazada qısa press konfrans zamanı jurnalistlərdən biri belə sual verdi:— Bilirsiniz ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Sizcə «Ermənigildə» adının Bakının mərkəzi küçəsində asılması siyasi baxışdan nə qədər döğrudur? Hamımız təəccübləndik ki, nə qədər «hazırlıqsız» olasan ki, belə sual verəsən. Əlbəttə, İtalyanlara bu sualı tərcümə etməyə […]

Рубрики
Вспомнить все

Əsgərlik xatirələri

Lənkərandayıq, bir hadisə yadıma düşdü. Bir nəfər danışırdı ki, sovet vaxtı əsgərlikdə olanda bir talış hissədən qaçmışdı, tutub geri gətirirlər, amma deyir ki, qalmayacağam, yenə qaçacağam. Nəsə, buna təklif edirlər ki, zəng elə ailənlə danış, sakitləş. Bir nəfər də azərbaycanlı çağırırlar ki, ona qulaq as tərcümə elə. O da ailəsi ilə talış dilində danışır, bu […]

Рубрики
Вспомнить все

Ləlyaşka MMC

90-cı illərin sonunda bankda işləyəndə belə bir xəbər oxumuşdum: «Filankəs adlı sahibkar bankdan təsisçisi və direktoru olduğu «Ləlyaşka»MMC adına böyük məbləğdə kredit alaraq, ölkədən qaçıb.» O zaman mənə maraqlı gəldi ki, hansı bank sədri o firmaya böyük məbləğdə kredit verib?! #gülbaşımıza

Рубрики
Вспомнить все

Marşrut Taksi

Sovetlər vaxtı ictimai nəqliyyatda Marşrut Taksi deyilən nəqliyyat növü var idi. O avtobusla taksi arasında bir nəqliyyat vasitəsi idi. Qiyməti avtosudan baha, taksidən isə çox ucuz. Markası RAF idi, ona Rafik deyirdilər. Çox da istifadə olunurdu. 11 nəfər tutumu vardı. Amma bizim dövrümüzdə yaddan çıxıb. Tələbə olanda çox istifadə edirdim. Taksi ilə gedirəm, baxıram ki, […]

Рубрики
Вспомнить все

Xatirə

6-7 il öncə, təzə boşanan vaxtlarım idi. Tədbirlərin birində, tanımadığım bir qəşəng qız yaxınlaşdı ki, «Sən evli olanda, sənin üçün ölürdüm». Mən də dedim ki, noolar, lap yaxşı, indi azadam, görüşə bilərik. O da qayıdasan ki, «Yoo, artıq mənə maraqlı deyilsən. Evli olanda xoşuma gəlirdin.» #gülbaşımıza

Рубрики
Вспомнить все

AyBiləl

90-сı illərin sonunda hər gün ofisimizə maraqlı qonaqlar gəlirdi. O zaman bir zavod direktoru ilə tanışlıqda maraqlı hadisə danışmışdı: SSRİ dağılan vaxrlarda İrandan gələn bir nəfər azərbaycanlı onun yanına gəlir və özünü fabrikant kimi təqdim edir. Ayaqqabı fabrikası varmış Təbrizdə. Danışıqlar əsnasında müqavilə ilə 3 gəmi metal alır, ödəniş isə mal İrana çatanda edəcəyinə söz […]

Рубрики
Вспомнить все

İslandiyada

2010-cu ildə İslandiyaya, yeni təqdim olunan Mercedes-Benz GL-classın media testlərinə dəvət almışdıq. İslandiya adasında maşını test edərkən həm vulkanlar, həm lavanın yandırdığı səhralar, həm şəlalələr, həm də Revkyavikin yaşıllğı olan təbiətini gördük. Bəyaz gecələr olduğu üçün qaranlıq düşmürdü ki, düşmürdü. Azərbaycanlı üçün isə ən təəccüblü olan o idi ki, məhşur şəlalələr, geyzer və çayların olduğu […]

Рубрики
Вспомнить все

Yanlış təəsürat

Putinin internetdən istifadə etməməsi halı Apple biznes təcrübəmdən bir hadisəni xatırlatdı. Putin deyir, vaxtım yoxdur, amma yəqin ki, kompüterdən «başı çıxmır». Bir dəfə bir nazlr zəng elədi ki, kabineti yeni remontdan çıxıb, yaxşı notebook istəyir, amma rəngi gümüşü olsun. Bəs, İT başçısı deyir ki, sizdə beləsi var. Nəsə, gəldilər ən bahalı (5000$) və navaroçenni 17″ […]