Рубрики
Вспомнить все

Əsgərlik xatirələri

Lənkərandayıq, bir hadisə yadıma düşdü.

Bir nəfər danışırdı ki, sovet vaxtı əsgərlikdə olanda bir talış hissədən qaçmışdı, tutub geri gətirirlər, amma deyir ki, qalmayacağam, yenə qaçacağam. Nəsə, buna təklif edirlər ki, zəng elə ailənlə danış, sakitləş. Bir nəfər də azərbaycanlı çağırırlar ki, ona qulaq as tərcümə elə. O da ailəsi ilə talış dilində danışır, bu birisi heç nə başa düşmür, deyir ki, onun dilini bilmirəm. Zabitlər buna deyir ki, necə yəni başa düşmürsən? Hər ikiniz Azərbaycanlı deyilsiniz?! Bizə Kələk gəlirsən! Tutub yazığı basırlar 7 günlük qauptvaxtaya.

#gülbaşımıza