Рубрики
Вспомнить все

Çəkməli adam

Uşaqlığımızda gördüyümüz, eşitdiyimiz, oxuduğumuz hər şey bizim şüurumuzu formalaşdırır. 

Məhz o zamanlar “Çəkməli pişik” yapon istehsalı multfilmi ən sevimlilərdən idi. Çünki, həmin pişik azadlıq sevər, bacarıqlı, insan psixologiyasını bilən, məqsədinə yetmək üçün müxtəlif yolları tapması, hamıyla məzələnməsi, ən başlıcası yaxşı təqdimat və PR bacarıqları məni valeh etmişdi. Hələ Lusiferlə məzələnməsini demirəm.

Bəlkə də ona görə çəkmələri çox sevirəm, çünki çəkməli pişiyin obrazının mənim formalaşmamda rolu olmuşdu. Buna psixologiyada nagıl terapiyası deyilir. Bu terapiya həm uşaqlara, həm də böyüklərə tətbiq edilir. 

Amma, böyüyəndən sonra nağıllara psixoanalitika tərəfdən yanaşqmaq lazımdır. Çünki, nağılları birmənalı deyil, dərin və fəlsəfə tərəfindən araşdırmaq lazımdır.