O gün İçəri şəhərlə gedirəm, yaxşı nastroyenniynən. Beynimdə şən və gülməli fikirlər yaranır. Qarşıdan bi dənə simpatişnı qız velsipetnən gəlir. Baxışlarımız qarşılanda gülümsündüm. O da bunu görüb gülümsündü. Amma birdən zamkani oldu nədi, tez özünü yığışdırıb ciddi sifət elədi. Mən də gülərək yanından keçdim və göz vurdum ki, narahat olma, tipa Saldat rebyonka ni abidit. […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Nəticə çıxar
Müsəlmanın o günü Gözəl Əliyevanın statusunu oxudum və şərh etdim. Maraqlı məsəldir. Daha əvvəl söylədiyim kimi, məktəbdə bizə hər hekayədən sonra nəticə çıxartmağa məcbur edirdilər. Mən də hər dəfə belə edirəm. Oxuyun və siz də sözünüzü deyin. Günlərin bir günü kəpənək ayıya deyir:— Səni çox sevirəm.Ayı cavab verir ki:— İndi yatmaq istəyirəm, oyananda danışarıq. Beləliklə ayı […]
Опять 25
Читаю статусы с возмущением о педофилии. Повозмущались неделю, потом что-то новое. Старое забыто без каких либо решений и пошли ругать новые проблемы. Сотни раз так было. А воз и нынче там.
Axmaq sürücü
Yollar genişlənib, sürət limiti artıb, köhnə alman avtomobilləri ucuzlaşıb, benzin qalxıb, cərimələr yüksəlib, qəzalar artıb. Amma sürücülərin cavabdehliyi artmayıb. Səhərin gözü açılmamış aeroportdan gəlirəm. Bir nəfər 10 ilin BMW X5 4.4 ilə zolaqları sürətlə ora bura maşınların arası ilə elə keçir ki, elə bil ki Şumaxerin doğulmamış ekiz qardaşıdır. Özü də təklükə yaradaraq. Sonra da […]
Adət & Ənənə
Yaman deyif amma, Sevinc Shabanova. Xaricilərdə evlənmə: — Flört— Birlikdə yaşama— Ailələrin tanışlığı— Nikah— Ailə və dostlarla kiçik mərasim— Bal ayı— Normal həyata dönüş Bizdə evlənmə: — Evdəkilərdən gizlin tanışlıq, orda-burda görüşmə— Qızın oğlanla görüşdüyünü etiraf etməyi. Evdə gərginlik, dava-qırğın.— Ananın birtəhər atanı yola gətirməyi.— Oğlanın nəslini araşdırma— Arvadların tanışlığa gəlməyi— Kişili-arvadlı elçilik— Həri— Söz-söhbət […]
Face Studio
Onların reklamını hamı tənqid edir və pisləyir, bəynəmir. ƏIbəttə ki, çəkilən reklam rolikləri bizə, sizə, kiməsə çox axmaq görünə bilər, amma təsəvvür edin ki, nə qədər bölüşmələr olur, hamı görür və bu reklam işləməyə başlayır. Buna Virus reklam deyirlər. Niyə? Çünki mövzü aktualdır: 1. Qadınlarımızın çoxunun epilyasiyaya ehiyacı var2. Evdə qalan və ərə getməyən qızlar çoxdur […]
Yerli yersiz media
öncələri biz medianı oxuyub xəbər alırdıq, indi isə onlar bizi fcebookda oxuyub, xəbər yazırlar. Hərdən bu xəbərlər o qədər yersiz olur ki, hətta yerli qaçır. Baxıram ki, kiçicik Zəhranın ölümündən kimlər istifadə etmədi. OK, sosial şəbəkə istifadəçiləri yalandan olsa da «ürək ağrısı» və «göz yaşlarını» göstərməsi hər kəsin vicdanına aiddir. Amma, xəbər saytlarının onun adı […]
Şortik, şortik deməknən…
Məncə bu məsəslə çoxdan həll olunub. İstəyən geyinir. Şəhərdə şortda gəzən əlindən tərpənmək olmur. Hər yaşda geyinirlər. Hətta 40 yaşdan böyüklər. Mən də öz şortlarımı aparıb kiçiltmişəm,arıqlamışam ya. Həftə sonları çox isti olanda geyinirəm. Məncə bunu artıq şişirtməyin yeri yoxdu. Biz azad ölkədə yaşayırıq. Kim nə istəyir, edir. Hətta seksual azlıqlar Azərbaycanda özünü rahat hiss […]
Feyk xanım
Bu Gilmorun Arvadıynan 14 ortax dostumuz var, özü də hamısıynan şəxsi tanışam. Ayə, xalxın arvadıynan nəyşiviz var? Heç bilmirəm bu qızdarı dostduğa qəbul eliyəndə baxıllar, ya yox?!
Metroda
getməyə qərar verdim. Maşından daha sürətli, asan və rahatdır. İçəri Şəhər stansiyası sondur, qatar geri döndüyü üçün bir neçə dəqiqə dayanır. Sərnişinlər azdır. Amma buna baxmayaraq, bəziləri vaqon boşalmamış, yəni hələ vaqondakılar çıxan anda özünü onların arasından soxub içəri girir. Görəsən nə qazanır? Onsuz da vaqon boşdur və oturacalar da külli miqdarda. O tez keçib […]