Рубрики
Мнение

Nəticə çıxar

Müsəlmanın o günü Gözəl Əliyevanın statusunu oxudum və şərh etdim. Maraqlı məsəldir. Daha əvvəl söylədiyim kimi, məktəbdə bizə hər hekayədən sonra nəticə çıxartmağa məcbur edirdilər. Mən də hər dəfə belə edirəm. Oxuyun və siz də sözünüzü deyin. 


Günlərin bir günü kəpənək ayıya deyir:
— Səni çox sevirəm.
Ayı cavab verir ki:
— İndi yatmaq istəyirəm, oyananda danışarıq.

Beləliklə ayı qış yuxusuna gedir və heç vaxt başa düşməyəcək ki, kəpənəyin ömrü 24 saat olur…

Bu hekayədən nə nəticə çıxarda bilərik?

1. Hər bir anlaşılmaz halda yıxıl yat
2. Öz tayını tap
3. Qarşılıqsız sevgi ancaq ağrı və depressiya ilə nəticələnir 
4. Əgər ömrünüz qısadırsa, başqasına əziyyət verməyin
5. Hər bir problemdən nəticə çıxarın və təkrar etməyin
6. Zaman hər şeyi öz yerinə qoyur
7. Qismətdən artıq yemək olmaz