Рубрики
О разном

Adət & Ənənə

Yaman deyif amma, Sevinc Shabanova. 


Xaricilərdə evlənmə:

— Flört
— Birlikdə yaşama
— Ailələrin tanışlığı
— Nikah
— Ailə və dostlarla kiçik mərasim
— Bal ayı
— Normal həyata dönüş

Bizdə evlənmə:

— Evdəkilərdən gizlin tanışlıq, orda-burda görüşmə
— Qızın oğlanla görüşdüyünü etiraf etməyi. Evdə gərginlik, dava-qırğın.
— Ananın birtəhər atanı yola gətirməyi.
— Oğlanın nəslini araşdırma
— Arvadların tanışlığa gəlməyi
— Kişili-arvadlı elçilik
— Həri
— Söz-söhbət (həridə eltinin anasının iştirak etməməsi)
— Nişan bazarlığı (tanımadığın qadınlar sənə alt-paltarı, tursik zad alır)
— Nişan
— Dava (ucuz komplekt alınıb, qolbaq nazik olub, oğlana qoyulan pijama krujevalı deyil və s.)
— Qurbanlıq (qırmızı ayaqqabılı qoyun)
— Dava (qoyunun qanı yaxşı axmadı)
— Qızın ad günü
— Söz-söhbət (baldız göz süzdürüb)
— Ev bəzəmə (cehizə görə borca girmə, atanın fikir eləməyi, qaynananın bəyənməməyi)
— Gəlinliyin seçilməsi (oğlan zəng vurur: sinəsi açıq olmasın haa)
— Xına (10 barmağını havaya tutub xınalı gəzmə, ovuca baş hərf yazılma, qızın başına fırlanma)
— Yolkəsdi 
— Gəlinaparma (qapının ağzında soxasox oynamaq)
— Toy (dünyanın xərci, 85 cür təam, heç vaxt üzünü görmədiyin adamların ot duşi şıdırğı oynamağı)
— Toyda dava (oğlanın yeznəsinin bacanağı qızın xalası oğlunun bibisi nəvəsinin zakazına icazə verməyib)
— Toydan sonra dava (baldız niyə ağ geyinmişdi, gəlin tək olar)
— Yengə
— Üçgünlük
— Bal ayı (oğlangilin kəndinə nənəsinin əlini öpməyə getmək)
— 1 ay sonra: bişey mişey var?
— 1 il sonra: niyə qız doğmusan? Oğlan doğ, nəsil davam eləsin, sən də yerini bərkit… 
— 5 il sonra: oğlan tərəfin hələ də toy xərclərini, qız tərəfin cehizin kreditini ödəyib qurtara bilməməsi…

(c) Sevinc Shabanova