ABŞ-da 1-800 deyilən telefon xidməti var. Ona zəng edən ödəniş etmir, ödənişi şirkət edir. Bütün ciddi şirkətlərin bu nömrələri müştərilərin zəngləri üçündür. Məqsəd də – zəng edib problemini həll etmək müştəriyə pulsuz başa gəlsin.
Bizdə isə hətta mobil operatora öz şəbəkəsindən zəng edəndə hər dəqiqəsinə pul verirsən. Hələ karqo şirkətləri və bankları demirəm. Mobildən zəng edəndə uzun növbədə gözləməli olursan (bəzilərinin onlayn çatları işləmir yaxud yoxdur). Bəzən də növbən çatanda əlaqə kəsilir. Bir də zəng edəndə bir neçə dəqiqə avto cavabın seçimlərinə gedir. Xidmət və mal aldığın şirkətin problemini həll etmək üçün zəngin pulunu müştəri verir!
Bir neçə dəfə pullu olmasının səbəbini guya kimlərinsə boş-boşuna zəng edib danışmaqlarıdır. ABŞ-da 336 milyon əhali var, içərisində psixoloji xəstələrin sayı o qədərdir ki, Azərbaycan onun yanında toya getməlidir. Orada boş-boşuna zəng edənlər az deyil, amma…
Şirkətlər öz müştərilərində etibar yatamalıdırlar, əsəb yox! #gülbaşımıza