Рубрики
Мнение

COP29

Son zamanlar Bakıda baş verən yeniliklər COP29-a hazırlıqdır. Yeni ekoloji avtomobillərin artması da sevindirir. Tələbələr üçün keçirilən tədbirə AADA olaraq dəstək verdik.

Amma məni narahat edən məsələ sakinlərin və onların regionlardan gələn qohumlarının küçələrə düşünmədən zibil atmasıdır. Siqaret çəkənlərin 99% kötüyü harada gəldi atır. Bəs konfransa gələnlər bunu görsələr nə düşünəcəklər? Biabır olacağıq!

Elə bundan istifadə edib, şəhəri zibilləmənin qarşısını almaq lazımdır. Böyük cərimələrlə. Elə böyük ki, cürət etməsinlər. Hətta cəriməni atılmış zibilin təbiətdə emal (yox olma) vaxtına görə təyin etmək yaxşı olardı. Məsələn, plastik butılka 450-1000 il «yaşayır», polietilen paket isə 30-200 il.

Siqaret kötüyü təbiətdə 15 ilə çürüyür və mikroplastikə bölünür, o da torpaqla suya və ağaclara keçir, heyvanlar yeyir. Sonunda isə insan orqanizminə düşür və onkoloji xəstəlik yaradır.

Bəlkə, onda Sinqapur kimi təmiz olduq.

gülbaşımıza #ekologiya