Tesla elektromobilləri dünya avtomobil bazarını yerli-dibli dəyişdi. Elon Maskın uğur qazanacağına heç bir avtomobil istaehsılçısı inanmırdı, ona görə də vaxtı uduzdular. Sonradan tərpənənə kimi, Tesla bazara ələ aldı.
Mask tam yeni və innovativ elektromobil yaratdı. Belə baxanda sadə görünən (amerikanlar sadəliyi sevir) bu avtomobildə çoxlu innovasiyalar və sahibinə lazım olacaq şeyləri təklif edir. Böyük monitorların dəbə minməsi məhz Tesladan başladı. Digər yeni idealar: sport oturacaqlarin standart olaraq təklifi, onların döşəməyə bərkitmə üsulu, qapıların avtomatik uzaqdan açılıb-bağlanması, özü idarə olunan avtopilot, Yoka sükan, optimallaşdırılmış kuzov, Model X-in yuxarı açılan arxa qapıları (mənasız, amma insanlara təsiredici) və sairələr.
Digər bir maraqlı tərəfi də avtomobilin onlayn sifarişində optionların məhdud olmasıdır. Cəmi hər model üçün 2 variant, 5 rəng, 2 təkər diski, 3 salon rəngi, 3 növ oturacaq (5, 6, 7 yer) seçimi və 2 avtopilot seçimi ilə məhdudlaşdırılıb. Bu nə üçün belədir?
Seçimin böyük olmadığı üçün sifrişi qısa zamanda istehsal edib, müştəriyə çatdırmaq olur. Sürətli konveyer daha çox avtomobil istehsal etmək imkanı verir, anbarda çox material və hissə saxlamağa pul yatırılmır. Həm də onlayn sifariş edirsən, düz qapına gətirib çatıdırlar.
Bu stretagiyanı vaxtıilə Steve Jobs Apple üçün tətbiq etmişdi, bu da rəqiblərlə müqayisədə daha rahat seçim etmək imkanı verir. Geniş opsiya və variant seçimi olanda alıcı çaş-baş qalır, nə seçəcəyini bilmir. Yadınıza salın ki, restoranda menyu çox böyük olanda necə əsəb yaşayırsan.
Apple (iPhone) və Tesla təcrübəsi göstəririr ki, bazarda monopoliyası olan şirkətlər yeni yaranan və təcrübəsi olmayanların qarşısında aciz ola bilir. Çünki, yeniliklər yaratmaqda o qədər də maraqlı deyillər ki, xərcləri artırmasınlar. Çünki, yeniliklər istehsalda ciddi dəyişiklər tələb edir. O da ki, boyük yatırım, mənfəətin və dividentlərin azalması, kapitalizasiyanın və səhm qiymətlərinin aşağı enməsidir.
#çoxbilmiş