Рубрики
Вспомнить все

6 günlük və 44-günlük müharibə

Dünən Neflixdə Misir-İzrail konflikti haqqında “The Angel” filminə baxrıdım. 1976-cı ildəki 6 günlük müharibə yadıma düşdü və analiz edəndə maraqlı nəticələrə gəldim. Həmin müharibənin 44-günlük Qarabağ müharibəsi ilə çox bənzərliyi var.

Başda Misir olmaqla Ərəb koalisiyası ölkələri İzrail ordusunun o qədər güclü olmasına inanmırdı və hər tərəfədən hücuma keçərək, Sinay yarımadasını qısa zamanda nəzarətə götürəcəyini düşünürdü. Bir şeyi nəzərə almamışdılar ki, İzrail ordusu artıq hazırdır, çünki, kəşfiyyat düşmən ordusu haqqında hər şeyi bilirdi. Düşmənin isə heç nədən xəbəri yox idi.

Müharibədən əvvəl İzrail hava qüvvələrini çox təkmilləşdirmişdi. Ərəb ölkələri isə bunu nə bilirdi, nə də öz orusuna yetərincə texnika almışdı.

3 saat ərzində İzrail hava qüvvələri Misir hərbi aviasiyasını məhv edir, bununla da səmaya nəzarəti əlinə alır. Sonra isə yerdə hücuma keçir. Eyni zamanda Misir, Suriya, Livan və İordaniya ilə müharibə aparır və qalib gəlir, hətta əvvəl nəzartə edə bilmədiyi Hollandiya yükəsklikləri və Yerusəlimi ələ keçirir.

Misir ordusunun zabitləri döyüş meydanından qaçırdı, əskərlər də onların arxasınca. Onlar İzrail təyyarələrini görəndə həmən gizlənməyə deşik axtarırdılar, canlarına vəlvələ düşürdü.

Tam olaraq məhv olunmaq qorxusu altında qalan Misir və Siriya Moskva rəhbərliyinə yalvarır ki, onları İzraildən xilas etsinlər. Yalnız Moskvanın işə qarışması müharibəni dayandırır. Əks halda İzrail ordusu Misiri və Suriyanı da zəbt edə bilərdi.

Sizə heç nə xatırlarmır?