Рубрики
Ликбез

Suşilka — tənbəl malı

Altdakı stiralkadır, üstdəki suşilka. Amerikanlar balkonda paltarı zirvədə deyil, suşilkada qurudur. Hətta ondan sonra heç ütülüməyə ehtiyac qalmır. Amma bu biz tərəflərdə qəbul olunmayıb, bəlkə də çox adamın bundan heç xəbəri yoxdur. Çünki, uşaqlıqda anasının yaş paltarı balkonda qurutduğunu görüb.

Bir neçə satış şəbəkəsində maraqlanmışam ki, paltar qurutma maşını var ya yox. Demək olar ki, yoxdur, olsa da bir model, çox bahalı versiyadır.

Məişət texnikası satan mağazalar yeni bazar yarada bilər, yetər ki, suşilkanı moda salsınlar və üstünlüklərini nümayiş etdirsinlər.

Tənbəl arvadların malıdır. Amma onlar o qədər tənbəldilər ki, heç fikirləşib öz güzəranını da asanlaşdırmaq istəmirlər. #gülbaşımıza