Рубрики
Sığorta

Pulu kim verəcək?

Avtomobil qəzası zamanı günahkar tərəf bütün zərərləri ödəyir. İcbari sığorta varsa (mütləq olmalıdır, əks təqdirdə cərimə olunur), zərəri Sığorta şirkəti 5 min manatadək ödəyir. Bəs avtomobilə dəyən zərər daha yüksəkdirsə, qalan hissəni kim ödəyəcək?

Əgər Kasko sığorta varsa, zərərçəkənin bütün təmir pulunu öz Sığorta şirkəti ödəyir, sonra isə İcabri sığorta ilə günahkarın sığortaçısından alır. Əgər zərər çoxdursa, günahkardan məhkəmə yolu ilə alacaq. Yəni, Kasko sığortası olan şəxsin başı yalnız ilk sənədləşmə (DYP-dən forma 3 almaq) ilə ağrayacaq. Qalan hissəsi sığortaçısının üstündədir. Əlbəttə, bir də zərərin qiymətləndirlməsi məsələsi var, təmir olunacaq servis seçimi var. Servis seçimi Kasko alarkən müzakirə edilir və rəsmi servis mərkəzi seçilə bilər. Zərər mələği isə tərəflərin müzakirə məsələsidir.

Əgər Kasko yoxdursa, 5 minə kimi İcbari sığortanı alandan sonra zərərçəkən qalan hissəni özü vəkil ilə müqavilə bağıayaraq məhkəmə vasitəsi ilə ala bilər. Bu da öz növbəsində 1 ildən çox vaxt ala bilər. İlkin məhkəmə iclası bir neçə ay sürə bilər, əks tərəf qərarı Appleyasiyaya verə bilər, sonra Ali məhkəmə, sonra Konstustisiya məhkəməsi və s. Buna da 1 il getdi, hər dəfə Vəkil ilə müqavilə bağlamaq lazımdır. Vaxt, əsəb, məhkəmə iclasları, üzünə naqlı gülən günahkar. 

#Reallıq budur. Mənim maşınım hər dəfə vurulanda, sığortaçıları çağırmışam, onlar yerində danışıqlar yolu ilə, məhkəməsiz pulu günahkardan alıblar, mən qarışmadan. Nə əsəbim gedib, nə də pulum, ancaq təmirə vaxt itkisi olub. Buna da şükür!

Seçim hər kəsin özünündür. Amma atalar deyib ki, “müsəlmanın sonrakl ağlı”, yəni sonrakı peşmançılıq fayda verməz.

Nəyə görəsə Vahid Q maşınını vuranların icbari sığortası olmur, bu da bir möcüzədir. Yəqin Kainat ona işarələr göndərir ki, Kasko alsın.

P.S. Müsəlman deyəndə skoree vsevo azərbaycanlı nəzərdə tutublar, çünki, əvvəllər xalx özünü belə adlandırırdı.

Kimə sığorta yaxud vəkil xidməti lazım olsa müraciət edə bilər. Hər iki sahədə əməkdaşlıq etdiyim ciddi şirkət var. Sığorta şərtləri sərfəlidir, Vəkil isə ucuz olmayacaq.