Рубрики
Мнение

Digital Card

Bank xidmətləri rəqəmsallaşmaya tərəf addımlayır. Smartphone NFC texnologiyasının bazara gəlməsi Digital Bank Kartlarının yayılmasına yol açır. Artıq pul verib, plastik kart almaq və daşımaq lazım deyil. Apple Pay də gəldi, hamı sevindi, elə bil camaatın dərdi ancaq bunda imiş.

Bank sistemi iqtisadiyyatın öndəri olmalıdır ki, inkişaf sürətli olsun. Amma, bizdə banklar hələ də kredit paylamaqla məşğuldurlar. Maaş və pensiya günü bankomatların qarşısında böyük növbələr var, hamı nağdlaşdırıb, evdə saxlayır. «POS terminal işləmir» deyən obyektlər hələ də çoxdur, nağd ilə işləyən dövlət strukturları var. Bakı Kart isə plastik kartdan o tərəfə hələ də addımlaya bilmir.

Uşaqlar da deyir ki, atamız işə gedib. (c)