Рубрики
Ликбез

Bağ evi

Belə qəbul olunub ki, şəhərdən kənarda tikilən ev, azərbaycanlı üçün 2-3 mərtəbəli və böyük olmalıdır. Bu daha çox eqo məsələsidir. Amma, bu sahənin nə qədər hissəsi effektiv istifadə olunur? Kommunal xərclər, gələcəkdəki baxım, təmir işləri nəzərə alınmır. Külli-miqdarda vəsait yatırılır.

Kiçik sahədə, kompakt, gözəl, amma hər kvadrat cm istifadəsi dəyərli olunan ev daha yaxşı olmaz mı?

Problem budur ki, sifarişçinin belə fikir ağlına gəlmir, çünki dədə-baba qaydaları var. Arxitektor təklif etmir, yaxud öz fikrini yeridə bilmir. Ona sərf edir ki, ev böyük olsun, çünki pulunu kvadrata görə alır. İnşaatçı üçün də sərfəlidir ki, müştərini yaxşı yola bilsin. Sifarişçi isə əvvəl endirimə görə çox mübarizə aparıb, istədiyinə nail olsa da, sonunda ilk smetanın 2 qatını ödəyir. Rus ataları demişkən, xəsis 2 dəfə ödəyir. #gülbaşımıza

P.S. Bu evi görən xalx deyəcək ki, evin damını qoyub, amma evin özünə pulu çatmayıb. )