Рубрики
Психология

Koroğlu psixoportreti

Koroğlu kimi tanınan xalq əfsanələrinin qəhəmanı Rovşən uşaq vaxtı sözə qulaq asmayan uşaq olub. Atası şaha söz verib ki, 40 gün atları qaranlıqda saxlayıb, qanadlı edəcək. Amma, Koroğlu 39-cu gün tövlənin divarında deşik açaraq qanadıı atlara baxmaq istəyib, ona görə də qanad zad olmayıb. Şah da onu aldatdığına görə kişinin gözlərini çıxardır, atlara bağlayıb, evə göndərir. Sonradan Koroğlunun Qıratı onlardan biri olub.

Rövşən başa düşür ki, bütün günah ondadır və atasını zibilə o salıb. Atasının qanadlı at yetişdərəcəyi də bir aferaya bənzəyir. Nəsə, dərin uşaqlıq tarvması yaşayan Rövşən, şahdan qisas alacağına söz verir. Yəni Koroğlu öz günahını Şaha proyeksiya eləyir ki, özünü təmizə çıxarsın. Çünki, insanın beyni elə qurulub ki, öz günahını görməyib, başqasında axtarsın.

Sonra isə illərlə öz dəliləri ilə, Şaha qisas və kasiblərə dəstək adı altında karvan yollarını nəzarətə alır və dolya yığır. Analiz edərək demək olar ki, yığdığı pulun bir hissəsini dəlilərinin kefinə xərcləyir, digər hissəsini isə öz vicdanı qarşısında günahlarını yumaq üçün kasıblara paylayır kİ, onu qəhrəman sayıb, dastanlar, əfsanələr və rəvayətlər qoşsunlar. Faktiki olaraq, o xalqı pulla öz tərəfinə çəkərək, manipulyasiya edib.

Bundan başqa Koroğlu və dəliləri kəndlərdən qızları qaçırdıb öz mağaralarırna əyləncə üçün gətiridilər. Məhz sonradan Koroğlunun girlfriendi olan Nigar da o qızlardan olub. Stokqolm sindromu yaşayan Nigar, Koroğlu ilə birlikdə quldurluğa davam edib. 

Hər bir iqtisadçı bilir ki, Tacirlərin verdikləri dolya satdıqları malın üstünə oturur, ona görə bazar qiymətləri yüksəlir. İqtisadi olaraq, Koroğlu bazarda bahaçılıq yaradıb. Yəni bir tərəfdən kasıblara pul verir, digər tərəfdən qiymətləri bahalaşdırır, yəni infyasiya yaradıb.

Xalqın qəhrəmanları olduğu kimi Mələk olmayıb. Çünki, xalxın sözü də, gözü də tərəzi deyil. Ona görə xalxın sözünə o qədər də uymayın.