Рубрики
Sığorta

Franşiza nədir

Sığorta müqaviləsində franşiza deyilən maddə var. Çox hallarda onun nə olduğunu bilmir, sığorta edir, sonra isə əsəbləşir ki, pulumu kəsdilər.

Franşiza, yaxud azadolma məbləğinin yüksək olması sığorta ödənişinin həcmini aşağı salır.

Məsəlüçün, 100 manatlıq azadolma məbləği ilə ödəniş 300 manat olursa, 200 manat olduqda 400 manat ödəniş olacaq.

Azadolma məbləği hadisə baş verdiyi zaman, zərər bu məbləğdən az olduqda, sığortalanan özü ödəyir, yəni Sığorta Şirkəti heç bir ödəniş etmir. Əgər qəza zamanı dəyən zərər yüksək olarsa, ödənişdən həmin məbləğ çıxılır.

Məsələn, 100 manatlıq franşiza ilə sığorta var. Qəzada dəyən zərər 1200 manat təyin olundu. Sığorta şirkəti 1200 — 100 = 1100 manat ödəyəcək.

Azadolma məbləği alıcı tərəfindən seçilə bilər. Çox zaman bu məbləğ 100 manat olur.

Sualınız varsa, verin gəlsin. #sığortaçı