Рубрики
Психология

Problemin mənbəyi

Narkotik satıcıları ilə mübarizə aparmaq Don Kixotun külək dəyirmanıyla mübarizəsinə bənzəyir, yəni boş söhbətdir (kitabı oxumayanlar üçün aydınlatma). Tələb olduqca, təklif də olacaq, bu həyatın qanunudur. 

Heç düşünən yoxdur ki, niyə gənclər narkotikə əl atır? Heç kim içkiyə və narkotik vasitələrə xoşbəxtlikdən uymur. Özünü müvəqqəti olaraq «xoşbəxt», «azad» və «güclü» hiss etmək üçün istifadə edir. Sonra isə onun tələsinə düşür. 

Bunun günahkarı isə uşağına sevgi, diqqət, dəstək verməyən, onunla söhbət edib, vaxt keçirməyən valideynlər, söz gəzdirən, dalınca danışan, boş şeylərə görə tənqid edən qohumları, qonşularıdır.  #gülbaşımıza