Рубрики
Психология

Psixosomatika

#Ogün bir tanışımla söhbət edirdim. Söhbət Sağlamlıqdan düşdü. Dedi ki, bronxlarından əziyyət çəkir. Mən də ona internetdə bronxial astmanın psixosomatikasını oxudum. Xəstəliyin yaranma səbəbi isə anaların uşaqlarının əvəzinə qərar verməsindən və valideynlərdən asılılıqdan astma xəstəliyi yaradır. Yəni tam ciyırlərlə nəfəs ala bilmir, o da belə fəsadlar verir.

Hətta məqalədə anekdot da yazılmışdı:
Ana uşağını həyətdən çağırır:
— Gülbala, tez qalx evə!
— Mama, mən yemək istəyirəm?
— Yox, sən tualetə istəyirsən!

Hər bir ağrı və xəstəliyin arxasında insanın süuraltı travmaları dayanır. Xəstəliklərin bir ucu uşaqlığa gedib çıxır. Bunu aydınlaşdırmaq çox asandır. Öz problemini (ağrı yaxud xəstəlik) + psixosomatika yazıb Google-da axtarırsan və oxuyursan.

Ağrı deyəndə, məsələn «ayaq ağrısı psixosomatika», «boğaz ağrısı psixosomatika». Xəstəliklə bağlı «zob psixosomatika», «yüksək temperatura psixosomatika», «onkologiya psixosomatika» və s.

Onu qeyd edim ki, onkologiyanın arxasında deyilməmiş və içəridə insanı yeyən inciklik və kin durur. Ölkəmizdə insanlar öz fikirlərini başqalarına deyə bilmirlər, çünki uşaqlıqda deyiblər ki, nəyivə lazımdır, baş qoşma, boş ver və s.

Ən yaxşısı isə həkimlərə müraciət edin.

#gülbaşımıza #psixologiya #süuraltı