Рубрики
Мысли вслух

Yalan & Palan

Amerikan filmlərinə baxanda tez-tez baş qəhrəmanların balaca yalana görə haray-həşir, incimək, ayrılmaq kimi səhnələri məni təəccübləndirirdi. Vrode, elə bir traqediya yoxdu…

Məsələn, «Suits» serialında Harvey Spectr öz psixoloq sevgilisinə deyir ki, «2 gün əvvəl Donna (katibəsi) məni öpdü ki, görsün məni sevir or not. Amma mən onu yox. Bunu sənə əvvəl deməliydim, Bağışla.» Sevgilisi də skandal edir ki, «Bə niyə maa srazu demədin. Deməli, sən məni gələcəkdə də aldada bilərsən. Mən səni çox istiyirəm (yəni sevirəm), amma yığışıb, gedirəm öz xarabama.» Sonra da varlı, uğurlu, yaraşıqlı kişini atıb gedir. Harvey də vicdan əzabı çəkməyə başlayır.

Amerikada olanda bunu anladım, yəni başa düşdüm. Sən demə orada hər şey həqiqət üzərində qurulur. Nə desən, onu qəbul edirlər. Amma, yalan üzə çıxsa, eşşəyin öldü, diriltmək variantı yoxdu. Ona görə emiqrantlar hiyləgərlik edib, daha tez var-dövlətə çata bilirlər.

Bizdə isə yalan-palan normal sayılır, düşündüyünü deyəndə isə, sənə Ağ qarğaya , yəni белая ворона, baxan kimi baxırlar ki, «Ə, sənin beynin çönüfdü?!» #gülbaşımıza