Рубрики
Встреча

Yaşıl korridor

1 dəfə Bakıya uçanda İstanbul aeroportunda xaicdə yaşayan bir simpotişni azərbaycanlı xanımla tanış oldum. Diqqətimi əlində olan kitablar çəkdi. Transfer uzun vaxt olduğu üçün söhbət etməyə adam axtarırdım. O da çox danışan, səmimi və ünsiyyətcilmiş. Kofeyə dəvət etdim, uzun uzadı söhbət elədik, tanış olub, dostlaşdıq. Bakıya çatanda baqaj almaqda da kömək elədim. 

Baqajı gözləyəndə baxdım ki, aeroportun işçiləri hamını qırmızı dəhlizdən keçməyə məcbur edir. Çemodanları detektora qoy, düşürt və sairə. Bunu etməyin məqsədi mobil telefonların gətirilməsinin qaşısı alınmasıdır, yəqin.

Mən həmişə yaşıldan keçirəm, və ona da yazığım gəldi, dedim gedək mənimlə, əziyyət çəkməyəsən. Yaşıl korridora yönləndikdə, Ərəbzəngi kimi qarşımızı Tamojnik kəsdi ki, deklarasiya olunacaq nəyiniz var. Mənimlə həmişə mədəni davranırlar, xarici görünüşümdən çəkinirlər yəqin, çox ciddi oluram. 

Mən cavab verəndən sonra, soruşdu: 

— Bir yerdəsiniz? — Yəni xanımı yoxlayım yoxsa yox… Mən hə demişdim ki…

— Yox, yox! — qız  tələsik cavab verdi. O da onu sorğu suala tutmağa başladı. Söhbətə qarışıb, məsələni həll edlədim və yaşıldan çıxdıq. 

Çıxanda gülməyə başladım və ona dedim ki, uzun illər xaricdə yaşasanda azərbaycanski «mentalitet” səndən çıxmayıb. Çünki, fikrində bir yerdəsiz deyəndə, qız bunu “sevgilisiniz?” mənasında qəbul edib, birlikdə hərəkət kimi deyil.

Yazığın günahı yoxdur, çünki, valideynlər uşaqlıqdan beyinə belə yeridib. #gülbaşımıza