Kiçik yaşlardan görmüşük ki, Novruz gələndə evdə mamalar, xalalar, bibilər, bacılar, əmi və dayı qızları yığışıb paxlava-şəkətbura-qoğal fleşmob edirlər, yəni biş-düş. Çox əziyyətli işdir. Mən də uşaqlıqda, duxovkadan çıxan kimi şəkərburaları qarına (vafşe ta mədəyə) mədaxil edirdim.
O zamanlar dükanlarda belə şirniyyat satılmırdı, həm də yalnız mart ayında bişirilirdi. Amma indi luboy sezonda, il boyu şirniyyat mağazalarında hər növü və geniş çeşiddə var. Görəsən, dəyərmi bu qədər əziyyət çəkib, evdə o boyda həngamə açmağa?!
Luçşe, gedib şirniyyat mağazalarından alın, yerli iqtisadiyyat genişlənsin, işçiləri də pul qazansın.
ABŞ Amerikasının inkşafı məhz «hamı qazanır, hamı xərcləyir ki, hamı qazansın» prinsipi üzərində qurulub. Bizdə isə hər şeyi özümüz edirik ki, qənaət edək. Amma əslində bununla biz həm iqtisadiyyatı kiçildirik, həm biznesin kiçik qalması, o da qiymətlərin yüksəlməsinə səbəb olur, bizim öz gəlirlərimizdə düşür.
Nəm Valla. Mən özüm də eləyəm. Hər şey bacardığım üçün, çox şeyi özüm edirəm. Amma, paşti heç yerdə endirim istəmirəm.
İlaxır çərşənbəniz mübarək! #novruzcoming