Рубрики
Мнение

Online shopping

Bakıda bir neçə dəfə online shopping elədim, çox peşman oldum. Hamısını geri qaytardım. Ya işləmədi, ya da göstərilən mal çıxmadı. Hələ özüm mağazaya geri aparmalı oldum.

Hamı Trendyoldan alır, mən də dedim prob eliyim. Qiymətlər fantastikdir. Dastavkanı da iDostum kargo düz evə gətirdi. Qiymət Bakıda satılandan 5-10 dəfə ucuz oldu, seçim isə geniş.

Deməli ki, gömrükdə bəyannamə edəndə əgər nə isə səhv olubsa bəyannaməni silmək və yenidən etmək olar. Amma bir məsələ var ki, yalnız axırıncını silmək olar. Yəni bir-bir silib, lazım olana çatmaq olar. Amma mal yola çıxıbsa, artıq silmək olmur. Takşto, diqqətli olun.

Pandemiya hələ də bizimkiləri online Store düzəltməyi öyrədə bilmədi. Amazon, eBay, Aliexress-dən alırsan, hər şeyi rahat edirsən. Sonra da deyirik, biznes inkişaf etməyə mane olurlar. #gülbaşımıza