Рубрики
Мысли вслух

Sizə Salam gətirmişəm

P.S. Numeralogiya günü bitdi deyə, başqa mövzulara keçək.

Cəmiyyətimizdə çox maraqlı davranışla qarşılaşıram. Şəhərdə, parkda, bulvarda və ya hər hansı bir məkanda məni qadınla görəndə görməməzlikdən yan keçirlər. Mənim də salamım ağzımda, gözlərimdə arxanızda qalır (yaxşı mənada). Söz tək məndən deyil, ümumiyyətlə etikadan gedir.

iCamaat!

1. Əvvəli salam vermək mədəniyyətdir. Maşında məni tək görəndə day az qalırsız qaydanı pozub, məni vurasız ki, sizi görüm, salamınızı alım.

2. Mən mədəni, mərifətli və anlayışlı insanlarla ünsiyyət qururam, ona görə yaxınlaşıb qısa söhbət etmək normal qəbul olunur.

3. Əgər sizin onu görməyiniz lazım deyilsə, mən onu abşestvenni yerə niyə dəvət edirəm?! Dəliyəm? Ola bilər bir az, amma bir o qədər də yox!

Odur ki, utanıb zad eləməyin, yaxınlaşın, salam, nə var nə yox edin, daje daha NV-NY. Lazım gəlsə tanış da edərəm. Yoxsa, sonradan mənə yazırsız ki, o qız kimiydi filan, məni də tanış elə i proçi sööbətdər.