Рубрики
Мнение

Oxutmuram, əl çəkin

Amerikanın Səsi səhifəsində 30 kitabla bağlı karikaturanın altında kommentləri oxuyanda Mirzə Ələkbər Sabir yadıma düşdü. Hələ 1 əsr öncə yazdıqları satira indi də gündəmdədir:

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffardır,
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Biri yazır ki, öz yazdığı kitabları oxumağa məcbur edir. Ay Bədbəxt, V.Talıbov o 30 kitabı yazsaydı Nobel mükafatı alardı, yoxsa səni kimi savadzıları oxumağa məcbur etməklə məşğul olmazdı.

P.S. Molla Nəsrəddin jurnalındakı Əzim Əzimzadənin karikaturanı axtardım, amma tapa bilmədim.