Рубрики
Мнение

Ədalət

Mərhəmətli olmaq asandır, ədalətli olmaq çətindir.

Viktor Huqo

#Ogün (toçneye bu gün) kofeynidə oturub kofe içirdim. Qonşu stolun arxasında bir nəfər kişi çox qəmgin oturub çox əsəbi siqaret sümürürdü və nəsə öz özünə danışırdı. Düşündüm ki, dəlidir. Amma xarici görünüşündən demək olmazdı. Yaxşı geyinmişdi və intiligentni vidi var idi.

Birdən qayıtdı ki, qardaş sənə bir sual verim. Dedim, de gəlsin. Deyir, «səncə spravedlovost var bu dünyada?» Cavabladım ki, heç özüm də bilmirəm. Noolub ki?

Başladı danışmağa. Vaxtilə imkanlı adam olub. Yaxın dostu ilə şərik biznes qurub. Pulu yatırıb, işi qaldırıb, dostunu isə özünə şərik götürüb ki, dəstək olsun. Hər şey necə lazımdır. Hər bir azərbaycanlının arzusu: ev eşik, xöşbəxt ailə, bahalı maşınlar, hörmət izzət. Hamı başına and içirmiş. Bir gün ağır xəstələnir, əsəbdən ürək krizi keçirir, müalicədə olur. Bu anda dostu başlayır bunu yalandan pul mənimsəməsində günühlandırmağa ki, biznesi əlindən alsın. Polisə verir, tutdurur. Yazıq gedir türmədə 2,5 il yatmağa. O dövrdə hər şeyini itirir, ailəsi dağılır. Arvadı çətinliyə dözə bilmir, ondan ayrılır və başqasına ərə gedir. Azadlığa buraxırlar. Amma borcun içində, heç nəyi də yox. İndə də işləyir ki,borclarını ödəsin. Deyir, az qala dəli oluram, öz özümə danışıram, amma günahı özümdə görürəm. Bütün dost, tanışlarım yoxa çıxdı. Elə bil onlar mənim qapımda qulluqda duranlar deyildi. Çalışıram yaşayım, amma hərdən gedib həmin “dostu» da, özümü də öldürmək istəyirəm. Amma baxıram ki, günah məndədir. Kiməsə yaxşılıq etmək istədim, özüm poxa düşdüm. Sonda da dedi ki, Güləcəksən, amma mənim adım Ədalətdir, heç özümə də inamım qalmayıb!

Düzünü desəm, heç bir söz tapıb deyə bilmədim. Yalnız standart paket sözlər dedim ki, Allah kərimdir. Səni imtahana çəkir. Keçsən, hər şey yenidən tapacaqsan. Amma daha səhv etməyə yeri olmayacaq. Kiməsə və ya özünə qəsd etmək zəiflikdir. Güclü ol, mübarizə apar.

Mənim görüşüm var idi. Sağollaşdım və getdim. Yol boyu çox düşünürdüm ki, neçə belə hadisələr eşitmişəm. Pula görə insanlar hər şeyə gedirlər, başqasının həyatı ilə oynayaraq, sındırıb-dağıdır və bədbəxt edirlər.

Görəsən, doğrudan da bu dünyada ədalət varmı?! Niyə insanlar pula həris olub, bu qədər qəddar olurlar?!