Рубрики
Мнение

Pakazatel

Öncələr kimisə xaraketizə edəndə diplomlarını sadalayrıdılar, indi «Gelandewagen-i var» deyə çoxmənalı üz ifadəsi göstərirlər. Ona görə də adamlar borc-xərc edib, b/u olsa belə, mütləq Mercedes-Benz G55 AMG alır ki, imici olsun. Noolsun ki, Dubayda sadəsini tunung ediblər, kim bilir e?!

Gelandewagen-nin brutallığıına söz ola bilməz, amma bu brutal kişilər üçün yaradılıb, uşax-muşax və incə qadınlar üçün deyil. Amma yazıxlar neyləsin ki, xalx tələb edir, o da buna uymaq zorunadadır.

Bu, külli miqdarda pul verib, son model iPhone X alıb, heç əməlli başlı funksiyalarını bilməməyə oxşayır. Axı bu əhəmiyytli deyil, əsas odur ki, modnı olsun və hamı sənə qibtə eləsin.

Bu yaxınlarda bir alicənab (kimin olduğu xatirimdə deyil) mənə dedi ki, niyə iPhone X işlətmirsən, sənə yaraşmaz axı, adın var, sanın var. Mən də dedim ki, kasıb oğlanam, iPhone 8 Plus-a gücüm çatdı, elə onu da proyektlə bağlı bağışladılar. Mənə elə baxdı ki, az qaldım yerə girim. Amma yer ayrılmadı, mən də başı aşağı, suyum süzülə-süzülə vardım getdim.