Рубрики
Мысли вслух

Empatiya

Empatiya — başqasının dərdinə şərik olma hissi, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətidir. 

6-7 il öncə yaşadığım ağır şəxsi böhrandan sonra insanları daha yaxşı hiss etdiyimi düşünərək onların emosiya və dərdlərinə şərik olurdum, dinləyirdim və çalışırdım ki, kömək edim. Alınırdı da. Amma bu mənə vaxtaşırı depressiya yaşadırdı və antidepressant qəbul etməyə məcbur olurdum.

3 ildir ki, bundan uzaqlaşıb qəbul etmişəm ki, heç kimə görə özümü qurban vermək istəmirəm. Həyat hamıya sınaq göndərir, başa düşüb, həyatını dəyişə bilən udur, dəyişmək istəməyənlər üçün isə psixoloqlar mövcuddur. Getsin, pulunu versin, məsləhətini alsın.

Foto: 3 il əvvəl #Mercedesavtomobillərin təqdimatında, dərdə şərik olan anda çəkilib.