Рубрики
Кино

P.S. I love you. Azeri version

Yəqin ki, «P.S. I love you» filminə baxmısınız. Təsəvür edin ki, bu filmi bizimkilər çəksəydi, hər şey necə olardı? 

Əri öləndən sonra arvada məktub gələcəkdi ki, «Az, otur evdə! Ərin təzə ölüff, xalx nə deyər!», sonrakı məktublarda da onu nəzarət edəcək göstərişlər verilərdi: «Mən ölmüşəm, otur evdə, uşaqlara bax!» Ya da «Heç bir başqa kişiylə danışma!», «Mamanın sözünə bax, yoxsa burdan səni lənətliyərəm», «Padruqalarınla görüşmə, sənə pis təsir edəcəylər, yoldan çıxaraceylər», «Restorana, kafeyə, bara, diskoya zada gebid eləmiyəsən», «Vapşe, öl, gəl yanıma!» and etc.