Рубрики
Мысли вслух

Təbibdən SMS

Prosta bir az əvvəl «İmkanın olsa, keçmişdəki özünə nə deyərdin» statusa cavabları və SMS xəbərini oxuyanda, ağlımdan aşağıdakı fikir keçdi, heç kimin xətrinə dəyməsin. Həyat davam edir.

Analizə pozitiv cavab alanların həyatı bir anlıq gözünün önündən keçib, həyatda etmədiklərindən heysfləib, düşünüb ki, bir də şans versələr, filan-bəhmən zadı edərdim. Amma, sonra cavab gəlib ki, heşzad yoxdu. O zaman Yaradana Şükür edib, olduğu kimi həyatına davam edəcək.

O bir anekdot var ki, kişi sevgilisinin evində olanda əri gəlir, Qadın onu balkona itəliyir ki, oppan, yoxsa ərim ikimizi də öldürəcək. Kişi 7-ci mərtəbən aşağı uçur və fikilrəşir ki: «Mən nə gic-x adamam. İndi oturmuşdum arvadımla evdə, yemək yeyirdim. Mən niyə ona başqasının arvadı ilə xəyanət edirəm axı?! Elə mənə bu da azdır! Ya Allah, sağ qalsam, bir daha belə etməyəcəyəm, arvadımdan üzr istəyəcəyəm, bir daha xəyanət etməyəcəyəm.»

Bu anda qar tayasının üstünə düşür, sağ-salamat durub üstünü çırpır və özü-özünə deyir ki, «Adamın ağlına elə gic-gic fikilrər gəlir ki!»