Рубрики
Мнение Экономика

Market və maska

Dünən marketə gedərkən, yolda maska əlimdən düşdüyü üçün zibil qabına atdım. Marketə çatanda maskasız içəri buraxmadılar. Vəziyyəti anlayıram, qorunmaq lazımdır. Lap o HR ilə intervyudakı kimi dedim ki, mənə maska satın. Çiyinlərini çəkdilər. Mən də Bolmart və Araz Marketə girə bilmədiyim üçün 20 yanvardakı Bravoya getdim. İçəridəki aptekdən maska aldım, sonra girdim alış-veriş elədim. Həm də çekləri ƏDVgerial.az və Mastercard-ın keçirtdiyi lotoreyaya vurdum ki, Lexus UX udacağam. Zaodno, 5.000 addım yol getdim.

Kiçik bir sahədə 4 hipermarketin yerləşdiyi yerdə yüksək rəqabət var, amma xırda bir şey ağıla gəlmir. Onlar maska üçün 50 qəpik dəsəydilər, verəcəkdim, həm maskadan xeyir, həm də alış verişdən gəlir qazanılacaqdı. Düşünürəm ki, belə hallar az olmur.

Kstati, niyə Bravoda piştaxtaların şəkilini çəkməyə qadağa var? O da strateji obyektdir? Axı ər təkbaşına bazarlıq edəndə arvadı ilə onlayn rejimdə seçim edə bilər. Arvad da deyəcəkdi ki, ay Kişi, kak raz gözüm dəydi, ürəyim o zaddan istədi, onu da a, əzizim. Hələ bir göz süzdürüb, əlavə də edəcəkdi ki: «Səə çox isdiyirəm».