Рубрики
Мысли вслух

2-ci dalğa

Xalqın müharibə qarşısında birləşməsi sevindirir. Ama vətənpərvər aksiyanın belə sonucu məyus edir. Hamı anlamalıdır ki, belə hallarda təxribatçılar yaxud boşboğaz axmaqlar (lider olmaq istəyi) izdihamı rahatca idarə edə bilər. Bir adam hamıdan yüksək qışqırıb insanları hər şeyi dağıtmağa çağırsa, düşünmədən onun arxasınca gedəcəklər. Təəsüf ki, MM-ə hücum polislərlə qarşıdurma yaratdı və tədbirin məqsədini puça çıxarmaq riski altına aldı.

Xarici xəbər saytlarında Xalqın müharibəyə münasibəti haqqında deyil, məhz MM-i zəbt etmək, polis avtomobilini çevirmək, onlarla qarşıdurma kimi xəbərlər göstərilir.

Hər halda Xalq göstərdi ki, müharibə olarsa, döyüşə getməyə hazırdır. MN xəbərinə görə könüllülərdən çoxsayda istəklər gəlir. 

P.S. 90% masakasız olduğu üçün pandemiyanın 2-ci dalğasını gözləyirik. Deyəsən, TƏBİB-in poqnozu düz çıxacaq, payızda vəziyyət lap pis olacaq.

#qarabağbizimdir