Рубрики
Мысли вслух

Hacı başqa şeydi

Bir Hacı tanışım var, 5 ildir mənə 20 min dollar borcu var. Hər dəfə ğörəndə Allaha and içir ki, qaytaracağam, bir az gözlə. Özüdə böyük məbləğlərdən söhbət aparır. Məbləğlər də, maşallah yüz milyonlardır. Mənə də deyir ki, nə qədər lazımıdır verəcəyəm. Deyirəm, Qardaş, million istəmirəm, mənim pulumu qaytar. 

Son söhbətimizdə, mənə dedi ki, sən narahat olma, Allah Kərimdir. O söhbətdən sonra onu bu gözəl sözə görə siyahıdan sildim. Nə deyim ki…

DİNdə (Daxili işlər Nazirliyini demirəm) özünə bəraət qazandırmaq çox sadədir. Yetər ki, söhbəti Allaha perevod eliyəsən. Düşünürəm ki, bəlkə mən də dinə-imana qayıdım?! 

Biri ilə tanış olduğum zaman mənə dedi ki, dizini yerə qoy! Mən də cavab verdim ki, birincisi həkim icazə vermir, ikincisi də mən heç kimin önündə əyilmirəm. Kimsə pula görə buna gedirsə, cəhənnəmə getsin. 

#Nəsə. Hərənin öz yolu var. Ama bütün yollar Romaya deyil, qəbrsanlığa aparır…

İçirəm sizin sağlığınıza!