Рубрики
Мнение

Xalq musiqisindəki fikir adamı…

Maşında gedirəm və radionu dinləyirəm. Azərbaycan mahnılarının sözlərini dinləməyi sevirəm, çox gülməlidir. Yadımdadır 90-cı illərin sonunda Dubaya uçanda təyyarədə xalq mahnısı gedirdi. Qadın digər qadına sevgisini ərz edirdi. Sooora da deyirlər ki, bizdə seksual azlıq yoxdur. 

Bu dəfə də, mahnının sözləri belədir:

Durma qapıda, 
Gözüm qaldı şanında (!)
Gedim anama deyim, 
Gəlim qalım yanında!

Bilət! Belə oğlan kimə lazımdır ki, qızın yanında qalmaq üçün gedib anasından icazə alır. Və bu nə qızdır ki, oğlan gəlib qalacaq yanında?! Bunun atası-anası yoxduuu?!

Diğər bir populyar mahnı yadıma düşdü. 

Bana bana gəl, qaçma gözəl!
Atı çaparım, səni taparım,
Gəl gözəlim, gəl Yosma!

Все бы ничего, но Söhbət ondadır ki, Yosma türklərdə fahişə deməkdir. İndi özünüz nəticə çıxardın ki, bu xalq mahnılarında nə qədər erotika var. Gələcəkdə digər düşüncələrimində bölüşəcəyəm.