Рубрики
Наблюдения

Eşşək

Bu gün 1 hadisənin şahidi oldum. Deməli ensiz yolda, biri maşını saxlayıb, çıxıb dayanıb yanında, siqaret sümürür. Maşınlarda düzülüb dalbadal, keçə bilmirlər. Bu sürücüdə ağzını ayırıb, maraqla baxır ki, görəsən bu maşınlar necə keçəcək. İki əks istiqamətdə 15-ə yaxın maşın yığılıb, səs səsə elə veriblər ki, elə bil gəlin aparırlar. Yeri gəlmişkən, o gəlin maşınları niyə uzun uzadı siqnal verirlər? 

Birdən axırıncı gələn əsəbi sürücü, qapını açaraq qışqırdı ki, «Ay eşşəy, çək də maşını! Nə mal kimi gözüvü döyürsən, ağzında da siqaret. İndi düşüb o siqareti soxaram sənin dalıva! Qoyunun biri qoyun!!!» Həmin sürücü də, tez götür qoy edib, hesablama etdi ki, bu prosedur ağrılı ola bilər, 1 söz demədən aram-aram, özünü sındırmadan, maşına oturub, sürdü. Maşınlar da sürüb vardılar işlərinin dalınca.

Bunları görən mən, bir fikir etdim. Bax, əsəbi sürüçü digərinə eşşək deyə təhqir etdi. Əslində, ona bəraət qazandırmıram. Tanımadığın adamı təhqir etmək qeyri etikdir, noolar ki, o tupoydur.

Uşaq olanda, kənddə qonşular gilin uzunqulağı vardı, onun həyat və «yaradıcılığını» izləyirdim. Az yeyib, çox işləyir, ağır yük daşıyıb, şikayət etmir, heç səsi də çıxmırdı. Hərdən elə belə anqırırdı ki, emosiyalardan azad olsun. Uzunqulaqlar (bu mədəni adıdır) çox zəhmətkeş, sadiq və ən başlıcası ağıllı olurlar. Bir dəfə palçığa girib, orda ilişirsə, heç zaman ora ikincə dəfə girməz. Amma Yaman tərslikləri var. Nəyi isə etmək istəməsə, öldür, yerindən tərpənməyəcək, çox inadkardır. Gəlin indi baxaq ki, onunla insanı qarşılaşdıranda, hansı daha təmiz ürəklidir. 

Görəsən, bəs niyə insanlar bir birini təhqir edəndə eşşək, qoyun, mal, köpək (it) deyə adlandırırıar? Axı müqayisə edəndə bu heyvanlar insana ancaq xeyir gətitir. Zərər gətirən isə insanların özüdür. Bəs niyə?

#rmblog #gülbaşımıza #gecədüşüncələri