Рубрики
Мнение

GicBəsər

Cəmiyyətimizdə çox «maraqlı» ünsürlər var. Camaatın «anası bayısı var axı» deyib, aeroportda öpüşən cütlüyü çəkib sosial şəbəkəyə yerləşdirən «namusvlu və qeyrətli» xalxın uşağı, videoda bu hadisəni «ana bayı» standartlarına sığışmayan ifadələrlə ifadə edir. Bu o deməkdir ki, bu adam elə özü GicBəsərdi və ya Gic… Ona dəstək verib, şərh yazanlarda həmçinin «namuslu» hisslərini söyüşlə ifadə edirlər. Malades sənə!

Bir köhnə hadisə yadıma düşdü. Hələ kinoteatların primitiv vaxtları olanda, bir rayon klubunda hind filminin nümayişi zaman, lent qırılır (o zamanlar adi hal idi). Hamı başlayır qışqırmağa, fit çalmağa, ayaqlarını yerə döyməyə və söyüş söyməyə. Klubun direktoru da səhnəyə çıxır ki, «Ay Bala, nə hay küy salmısınız?! Axı burda bizim analarımız, bacılarımız var!!! Hay, huy, yox bir s… başı!»

Digər bir məsələ isə, iki sevən şəxsin bir-birinə sevgi göstərərək qucaqlaşıb, öpüşmək niyə insanlarda bu qədər hiddət və qınaq doğurur? Paxıllıqdan, süuraltı paxıllıqdan. Çünki onu öpən və ya öpmək istədiyi sevgilisi yoxdur. Bu sözləri hər bir psixiloq təsdiq edər. Həm də bu şəxs uşaqlıqda ana nəvazişi və sevgisi almayıb, ata tərəfindən sərt cəzalandrılıb. Onun bütün hisslərini uşaqlıqda boğublar. Günah onda deyil, onun böyüyündədir. Həyatımızda baş verən hər bir problem, davranış, düşüncə və həyat tərzi uşaqlıqdakı psixiloji travmalardan irəli gəlir, ailədəki tərbiyə və uşağa olan münasibətdən qaynaqlanır.

Ay bala, qınaq etmədən öncə özünə kənardan bax. Küçədə zibil atan, qızlara tərbiyəsizcə davranan, şəhərdə gedərkən dostları ilə söyüşlə danışan (yanından keçənlərin eşitməsi ayıb sayılmır), şəhərdə olan avadanlığa zərər yetirən, oun bunu aldadan, sözü üzə deməyib, arxadan daş atanlar o birilərini qınayır.

Omar Xəyyam deyib ki: «Bizim haqqımızda pis düşünən bizdən pis olanlardır, bizdən yaxşı olanların biz heç yadına düşmürük.»

#rmblog #gülbaşəmıza #kiss