Səhər xəbərin altında olan kommentləri oxuyuram. Prosta, dəhşətə gəlirəm bu gerizəkalılardan, türkün sözü.
Deməli xəbərdə yazılıb ki, BNA 300 yeni avtobus alıb, yaxında yeni xətlərə buraxılacaq. Keçirilmiş tenderdə Türkiyənin BMC şirkəti qalib çıxıb. Alınan avtobuslar 12 və 18 metrlik CNG (təbii qazla işləyən) mühərriklidir.
Yazar yazıb ki, avtobusun qiymətini istehsalçının saytında tapdıq. Orada 200 min avrodur, gömrük 140 min manat, ümumi qiyməti 512 min manat edir, birinin.
Kommentlərdə yazırlar:
— 500 minə avtobus olar?!
— Çoxlu atkat alıblar…
— Bu avtobusdar havanı lap korlayacaq…
— Bunnansa, hər vətəndaşa bir Çeşka alıb verərdilər, daha sərfəli olardı
Və sairə primitiv kommentlər. Bunların xəbəri yoxdur ki, narmalnı şəhər avtobusunun minimum qiyməti elə bu qədər olur. CNG isə atmosferə zərərli maddələr atmır, ekoloji hesab olunur. Dizel Цeşkalar isə camaatı onkoloji xəstəliklərə sürüklüyür.
Başqa vaxtı türk seriallarına baxan, türklərlə türkcə danışan (seriallardan öyrənib), türkcə status yazan, Alemdarın fanatı olan adamlar indi türk istehsal avtobusları bəyənmirlər.
A.S.Puşkin bu yerdə sazı əlinə alıb deyərdi ki,
Ай сын ошибок трудных, Ай гений, парадоксов друг, bir xəbəri diqqətlə oxu, sooora da başındakı o beyini bir az tərpət də, nooolar.