Рубрики
Вспомнить все

Əldəqayırma


80-ci illərdə Bakıda PAZ avtobuslarının bazasında refrijiratorlar yığırdılar. 90-cı illərdə avtobuslar çatmırdı deyə, onların sərnişin versiyası da istehsal olunurdu. Şəhərdə xəttlərə buraxılmışdı. Amma avtobuslar elə bil bu dəqiqə dağılacaqdı. O vaxt bir hadisə danışmışdılar.

Yaponiyadan gələn deleqasiyasını aeroportda belə bir avtobus ilə qarşılayıb və İntourist-ə (indiki Hilton) gətiriblər. Qonaqlar düşəndə, axırıncı Yapon sürücünün əlindən sıxıb, deyib ki,
— Yaxşı avtobusdur. Özün yığmısan?

İstehsalat, özəlliklə də maşınqayırma sənayesi zarafat deyil. Bu böyük cavabdehlikdir, çünki sərnişin daşıma riskdir. 

#омойблог #gülbaşımıza