Рубрики
Мода

Etiket 11

Kostyumdakı kişilər qadınların çox xoşuna gəlir, çünki onları ciddi, uğurlu və sözünə cavabdeh, həm da sexy hesab edirlər. Olmasa belə, yenə də bu şəkildə qəbul edirlər.

Amma, hələ də təəccüb edirəm ki, kişilərin çoxu kostyum etiketini bilmir. Onlardan bir neçə əsas məqamları qeyd edim. Atalar demiş, bilməyib oxumamaq ayıb deyil, oxuyub etməmək ayıbdır. Mən də vaxtı ilə belə səhvlər etmişəm, lakin onları düzəltməyə çalışıram.

1. Kostyum bədənin ölçüsündə olmalıdır, nə 1 razmer böyük, nə 1 razmer kiçik. Əgər problem varsa, atelyedə onu peredelka (bədəninizə uyğunlaşdırmaq) etmək olar. Cəmi 15-25 manat edəcək.

2. Kostyumun pencəyinin aşağıdakı düyməsi bağlanmır, ancaq yuxarı düymələr. Onlar, 2 və ya 3 ola bilər (bu ilki dəb belədir). Bunu vrode hamı bilməlidir, amma bu haqda çox yazılır, deməli hamı bilmir.

3. Ayaqda olarkən, gəzərkən, çıxış edərkən yuxarı düymə bağlı olmalıdır. Yalnız onun yaxasını oturarkən açmaq lazımdır ki, əyninizdə görünüşü deformasiya olmasın. 

4. Şalvarın uzunluğu ayyaqabıya qədər və ya dendilər üçün 1-2 sm qısa (slim şalvar) ola bilər. Ayyaqabı üzərində yığılmamalıdır. O 10 il əvvəl idi.

5. Corabın rəngi şalvarın rəngini təkrar etməli və ondan 1 ton tünd olmalıdır, ağ şalvar istisna olmaqla. Onu corabsız (görünməyən) yaxud kraynyak qara corabla geyinmək olar. Corab rəngli və ya köynəyin rəngində də ola bilər. Corab ayyaqabının rənginə deyil, şalvarla ahəng olmalıdır.

6. Köynəyin manjeti pencəyin qolundan 1.5-2 sm çıxmalıdır, yəni pencəyin qolu qısa olur. Bu vodolazka (başqa adları: qolf, badlon) və sviter üçün keçərli deyil. 

7. Qalstuku bağlamağı bacarmaq lazımdır. Çox asandır. Onun eni pencəyin yaxasının eninə uyğunlaşdırılır. Yəni enli yaxa (лацкан, xalq arasında varatnik) pencək ilə enli — 8-9 sm, ensiz ilə 5-7 sm enində qalstuk uyğundur. 

8. Jeans şalvarla Blazer (ayrı satılan pencək) geyinmək uyğundur. Kostyumun pencəyini bu halda istifadə etmək məsləhət deyil, amma ölümcül də deyil, yəni geyinmək olar. 

9. Qara kostyum, qara köynək, qara qalstuk geyinməyin, bu dəb deyil. Yaxud qara kostyum, ağ köynək və qara qalstuk — yas (traur) üçündür, gündəlik istifadə üçün deyil. 

10. Kostyum üçün ağ yaxud mavi köynək məsləhətdir. Fransız manjeti ilə zaponki olsa, lap bomba olar. 

11. Cinslə qara ayaqqabı yerinə, qəhvəyi ayyaqabı geyinin. Köhnəldikcə qəhvəyi ayyaqabı vintaj görünüşü alacaq, qara isə köhnə görünəcək.

Doğru geyinmək vacibdir ki, sizi ciddi qəbul etsinlər. Unutmayın ki, geyimə görə qarşılayırlar. İlk təəsürat görüşün uğurunun 50%-dir.

#омойблог #lifehaqq #fashion