Рубрики
Мнение

Qap-qara Friday

Azərbaycanda Black Friday günlərində bu qədər sevinc tarixində olmamışdı. Hamı elə sevinir ki, elə bil Milli Məclisin buraxılması problemləri həll edəcək, hamı varlanacaq və xoşbəxt olacaq.

Gələn il Parlament seçkiləri olacaq. Yenə də tənbəllikdən və «mən seçməmişəm», «əşi onsuz da seçəcəklər», «səsləri saxtalaşdıracaqlar» deyə qışqıranlar seçkilərə gedib səs verməyəcək. Nəticədə elə əvvəlkinə bənzər MM alacayıq. 

İlk növbədə əhalinin və cəmiyyətin özünə hörmət etməsi və nə istədiyini bilməsi lazımdır. Öz üzərindən cavabdehliyi atıb, sonra da dost aşna ilə çay içib, hamını tənqid etmək çıxış yolu deyil. Oxumayıb, öz üzərində çalışmadan, biliyinə layiq işə düzəlmədən və o işi doğru-düzgün etməyincə, heç nə düzələn deyil. 

Son reformlar və dəyişikliklər sevindirir, bir də insanların beyni dəyişsə, bəlkə «yaşamaq mümkün deyil, çıxıb gedərdim burdan» fikri yoxa çıxar. Guya «AmerKada» yel əsib, qoz tökülüb, gedib onları Brodway-dən yığan lazımdır.

Hamı «Vedrə bağlamağa» pərgardır, gəşəng sarkazm eləsinlər, amma işdə yaradıcılığa gələndə, niyəsə bir pox da edə bilmirlər.

#омойблог #gülbaşımıza