Рубрики
Мнение

Bolt, problemi həll et!

Artıq 1 ildir ki, Vergilər Nazirliyi hamını nağdsız ödənişlər etməyə çağırır. Amma Bolt (Taxify) Taksi xidməti isə müştərilərini nağd ödənişə sövq edir. Çünki, bank kartı ilə ödəniş edərkən, yerli qanunvericiliyə görə ödəniş Estoniyada olduğu üçün 18% ƏDV əlavə olaraq kartdan çıxır. Bu pul Bolt-a deyil, büdcəyə gedir. Amma müştəri üçün nə fərqi var, onun cibindən çıxır. 

Məsələn, Uber-in hesabı Azərbaycanda olduğu üçün ƏDV tutulmur. Taksi sifariş edəndə isə qiymətlər eyni səviyyədə görsənir. Hesab edirəm ki, Azərbaycanda işləyən şirkət hesabını da yerli bankda açmalıdır. Ən azından bizim iqtisadiyyat üçün xeyirli olar, sifarişçi isə ödənişi kart ilə həyata keçirər.

Bəzi hallada, sürücülərdə böyük əskinazlara qalıq olmur deyə, ya vaxt itirərək özün mağazalarda xırdalamaq məcburiyyətində qalırsan, ya da bunu sürücü edir, sən də oturub gözləyirsən, vaxt gedir. Bəs bu gecə vaxtı olarsa?

Ümidvaram, Bolt-un rəhbərliyi buna qısa zamanda bir əncam çəkər. 

#омойблог #gülbaşımıza #repost