Рубрики
Кино

Film və həyat

Real hadisələr üzərində qurulan seriallara baxırsan, bir nəfər ölür, səbəbini axtaranda o qədər zir-zibil açılır ki, hamı biabır olur, kimsə intihar edir, kimisə öldürürlər. Ona görə Azərbaycanda adam öləndə 1 günə dəfn edirlər ki, pox-püsür ortaya çıxmasın. Xalx nə deyər! Stalinin sözü olmasın «Net çeloveka, net problem». Düzünü elə bizdə edirlər.

Рубрики
Sticker

#85işarə

Xəyanət insan yaranandan mövcuddur. Amma yüksək mobil texnologiyaların inkişafı keçmişdən fərqli olaraq xəyanəti videoya çəkib internetdə paylaşmağa imkan verir. #hightech

Рубрики
Наблюдения

İngilis dilini öyrənin

Üstündə xarici dildə yazılar olan t-shirtlarlə ehtiyatlı olmaq lazımdır. Bayaq başı aşağı orta yaşlı qadın gördüm, şəkildəki maykanı geyinmişdi. Üzündən görünürdü ki, nə yazıldığından xəbəri yoxdur. Ona görə ingilis dilini öyrənin.

Рубрики
Мысли вслух

Sonrakı peşmançılıq

Hərdən peşmançılıq çəkirəm ki, niyə mən tupoy doğulmamışam. Nəyimə gərəkdir intelekt, oxuduğum kitablar, 2 iqtisadi ali təhsil, o qədər iş təcrübəsi, məntiqi düşünmə?! Yazdığım postları çoxmənalı, yumor və sarkazmla, söz soxmaqla yazıram, amma çox adam bunları görmür, tam başqa mənada, həm də çox mənasız yozur, hətta mənə qarşı istifadə etmək istəyənlərdə olur. İtirdiyim o 5-10 […]

Рубрики
Мнение

Yas ənənəri

Amerikan filmlərində orta yaşlı ər və arvaddan biri öləndə o birisi böyük depressiya keçirir, həyatı bərbad olur, bəzən intihar da edir. Düşünmək olar ki, gör nə qədər güclü sevgi-məhəbbət olub ki, dözə bilmir — əsasən Qadınların çoxu belə düşünür. Amma, məsələ ondadır ki, biri öləndən sonra o biri tək qalır, dərd basır ki, yalnız qaldı. […]

Рубрики
Sticker

#85işarə

Azərbaycanlılara «həyatının mənası nədir?» sualıma heç kim ər yaxud arvad cavabı verməyib. Daha çox uşaqlar yaxud iş deyirlər. Ona görə də «ərinin ayağını yumaq» ifadəsi hamıya pis toxunur. #gülbaşımıza

Рубрики
Мнение

Yaxşılıq?

İnsanlar emosional olaraq, düşünmədən başqasına elə pislik edir ki, adamın evi yıxılır, nə qədər insan bundan əziyyət çəkir, hətta kimsə buna görə dünyasını dəyişir. Amma həmin adam heç nə olmamış kimi yaşayır, sadağa verərək, özünü yaxşı adam hesab edir. Bizə deyiblər ki, ölümdən sonra həmin adamlar cəza alacaqlar, cəhənnəmdə yanacaqlar filan. Roma Papası Fransisk də […]

Рубрики
Новости

eSim gəldi

Nəhayət ki, kimsə tərpəndi, eSim Azərbaycana gətridi. iPhone userləri sabahdan qaçıb Bakcell -dən 2-ci nömrə alacaqlar. 1. Olan Sim nömrəyə əlavə 2-ci nömrə istifadə etmək olar. 2. eSim alaraq, Sim slotu başqa nömrə üçün boşaldıb, əvəz etmək. 3. eSim dəstəyi olan smart saatlara mobil nömrə əlavə etmək olar. Mobil operator üçün yeni nömrə satmaq və […]

Рубрики
Психология

Statistika

Belə baxanda boşanmaqdan imtina yaxşı statistik məlumat kimi göstərilir, amma bu həmin ailələrin və onlarının uşaqlarının xoşbəxt olacağı anlamına gəlmir. Əksinə, həmin ailə üzvlərinə daha çox travma yaşadır. Oxu.az: Cari il aprelin birinə qədər 378 cütlük boşanma üçün müraciət edib. Ötən il boşanmaq üçün 1.748 cütlük müraciət edib: “Mediasiya təşkilatlarının fəaliyyəti nəticəsində 268 cütlük boşanmaqdan […]

Рубрики
Встреча

Pastel

O gün bir tanış qız rəng məsləhət soruşur, deyirəm ki, pastel rənglər. O da qayıtdı ki, “Söhbəti niyə postelə fırladırsan, məni tupoy sayırsan, elə bilirsən heç nə başa düşmürəm?!» #gülbaşımıza