Lökbatan qəsəbəsində dairəvi yolda təpədən təkər yuvarlayaraq əylənənlər DİN əməkdaşları tərəfindən saxlanlıb. 2006 və 2007 təvəllüdlü 2 oğlan törətdiklərinə görə cəza alacaqlar.
Bəs onlar “əyləncənin” nəticələrini anlaydılarmı?
İşlənmiş avtomobili şininin ölçüsündən asılı olaraq çəkisi dəyişə bilər. Videoda olan şini 205/60 R17 ölçüsündə götürsək çəkisi təxminən 10-11 kq edir, en, hündürlük və radius böyüdükcə çəkisi də artır.
Onu təpəlikdən yuvarlayanda, yüksəklikdən yola qədər sürəti yüksəlir, bununla yanaşı çəkisi də. Hündürlük, şinin çəkisi, məsafə və sürtədən asılı olaraq çəki dəfələrlə artır. Təxmin etmək olar ki, yoldakı avtomobilə çarpsaydı çəkisi minimum 70-100 kq ola bilrərdi. O şossedə avtomobillərin sürəti 90-100 km/s-dır. Yəni toqquşma avtomobildəki şəxslərin ölümü, hətta zincirvari qəza ilə nəticələnə bilərdi. Bu isə artıq cinayət işi, həbs və bir nəçə ailəninin faciəsi deməkdir.
Zamanımızın xəstəliklərindən biri də sosial şəbəkələrdə hayp yaratmaq üçün belə videolar çəkib fəxr etməkdir. Nə pox yeyirlər, çəkib bölüşürülər. Digər tərəfdən isə Polis videonu araşdırıb, səbəbkarları aşkar edə bilir, çünki foto və videolarda müxtəlif tag-lər yazılır.
Uşaqlarınıza tərbiyə verin, məntiq öyrədin ki, belə hərəkətlər törətməsinlər. Yəqin ki, bu uşaqlar etdiyinin nəticəsini anlamayıblar. Amma, qanmazlıq və bilməmək cəzadan azad etmir.
P.S. Uşaqlar kiçik yaşlarında hər şeylə maraqlanıb, valideynlərə suallar verirlər. Məhz bu suallara doğru cavab onların məntiqini və davranışını formalaşdırır. Amma, nə qədər valideyn onlara cavab verir??