Рубрики
Вспомнить все

Zayka

O vaxtlar bir tanış Qız vardı. Hamı ona Zayka deyirdi (azərbaycanca Dovşanka deməkdir). Adını bilmirdim deyə Mən də onu Zayka çağırırdım. Bir neçə il sonra buna mesaj göndərirəm ki, «Zayka privet! Kak dela?» Sən demə ərə gedib, nömrəni də ərinə verib. Mən də hardan bilim. O da cavab verdi ki, qaqaş, burda zayka-mayka yoxdu, nömrəni düz yığ. #gülbaşımıza

O vaxtdan hamını telefona ad, soyad, iş yeri və vəzifəsi daxil olmaqla hər şeyi yazıram. Artıq «heyvan» ləqəbli kontakt telefonumda yoxdur. 

İnsanın adı ona ən doğma olan şeydir. Öz adını deməyib, ləqəblər istifadə edənləri anlamıram. Hər dəfə məsləhət verəndə deyiləm ki, özünü təqdim edərkən ad və soyadı birlikdə de. Ad — sənsən, Soyad — nəslin.

P.S. Öz adını bəyənməyənlər rəsmi dəyişə bilər.