Рубрики
ЖЗЛ

Giorgio Armani

“Eleqant olmaq gözə girmək deyil, yaddaşa həkk olmaqdır”. (G. Armani)

Gənc yaşda olanda hamı düşünür ki, 40 yaş artıq qocalıqdır, nə etdinsə o yaşa qədər edə bilərsən. Ona görə özünü “öldürür”, çox işləyir, gənc həyatını işə, biznesə qurban verir ki, 40 yaşına nəyə isə nail olsun. Lakin, bu səhv yoldur.

Məhz 40 yaşında insan təcrübəli, bacarıqlı və bilikli olur. Ona qədər isə profilərin yanında çalışıb öyrənmək, təcrübə toplamaq lazımdır.

Giorgio Armani öz adı altında şirkəti 40 yaşında quraraq, multimilliard imperiyasını yarada bilib. Ondan öncə isə Nina Çerutti, Emanuel Unqaro və Enmeicildo Zenyanın yanında çalışaraq təcrübə toplayıb. Daha əvvəl isə La Rinascente univermağında fəhləlikdən başlayaraq vitrin qurucusu, sonra isə merçendayzerə kimi yüksəlib. Məhz univermaqda alıcıların seçimlərinin nə qədər primitiv olduğunu görərək öz kolleksiyalarını yaradıb.