Рубрики
Психология

Kişilərə məsləhət

İllər öncə bir video intervyu vermişdim. O da videonun postunda yazmışdı ki, «Ramin Musayevdən pikap məsləhətləri». Heç videoya baxmadan bəziləri məni tənqid edirdilər. Deyirəm, ay filankəs, heç olmasa gir bax, gör nə deyirəm də.

Videoda isə deyirdim ki, qadını maraqlandırmaq üçün kişi…

  • Səliqəli geyinməlidir
  • Sağlam olmalıdır, idmanla məşğul olmalıdır
  • Etiket qaydalarını bilməlidir
  • Yumor hissi olmalıdır, çoxlu anekdot oxuyun
  • Maraqlı mövzularda danışmalıdır, bədii ədəbiyyat oxuyun
  • Qadına nəzakətli komplimentlər deməlidir, amma yalandan yox, real olan üstünlüklərini
  • Onunla tanışlıqdan öncə sosial şəbəkə postlarını oxuyub, maraqlarını öyrənmək yaxşı olar
  • İlk görüşü bahalı restoranda deyil, mimimalist qəhvəxanada olmalıdır ki, heç nə diqqəti yayındırmasın
  • Üzü gülər olmalıdır, qəşəng zarafatları olmalıdır
  • Hazırcavab olmalıdır
  • Qadın psixolohiyası ilə tanış olmalıdır, onu da kitablardan yaxud internetdən oxumalıdır
  • Utancaq olmamalıdır, gözünü ora bura deyil, qadının üzünə, gözünə, ağzına yönəltməlidir
  • Səmimi olub, yalan danışmamalıdır, çünki o zaman qarşı tərəf səmimi olacaq
  • İşində uğurlu olmalıdır, çünki qadınlar uğurlu kişilərə üstünlük verir…
    və bu tipdə digər məsləhətlər.

Amma, bəziləri o qədər düşüncəsiz və dayaz olur ki, söhbəti bilmədən şərh yazır. Ona görə də həmin adamlar tayını tapa bilmir, kişilər özünə bəraət üçün deyir ki, qadınlara ancaq pul lazımdır, qadınlar isə deyir ki, kişinin ancaq bir məqsədi və istəyi var (hamı bilir də, sirr deyil, kişinin naturası belədir).

Sizə məsləhətim isə – belə dayazlarla münasibət qurmayan, çünki başdan ayağa problem olurlar. #lifecoaching