Рубрики
Вспомнить все

Yanlış təəsürat

Putinin internetdən istifadə etməməsi halı Apple biznes təcrübəmdən bir hadisəni xatırlatdı. Putin deyir, vaxtım yoxdur, amma yəqin ki, kompüterdən «başı çıxmır».

Bir dəfə bir nazlr zəng elədi ki, kabineti yeni remontdan çıxıb, yaxşı notebook istəyir, amma rəngi gümüşü olsun. Bəs, İT başçısı deyir ki, sizdə beləsi var. Nəsə, gəldilər ən bahalı (5000$) və navaroçenni 17″ MacBook Pro alıb, apardılar. Sonra da zəng elədi ki, kabinetə qəşəng yaraşdı. Endirim zad da istəmədi. 

6 aydan sonra İT başçısı gəlib dedi ki, bir dənə də 27″ iMac istəyirik, aparaq baxaq, uyğun olsa, qalar. İşçilərimdən biri opardı, getdi. Nəsə, iMac uyğun gəlmədi, ölçüsü böyük gəlib. İşçimiz əvvəl satdığımız notebooku açıb ki, gəlmişkən update eləsin. Baxıb ki, o vaxt necə qoyubsa, elə də istifadə olunmayıb. 

Bir aydan sonra başqa bir Nazirin müavini zəng etdi ki, bəs şef özünə notebook istəyir, amma bilmir 15″ götürsün, yoxsa 17″. Mol, göndər özü baxsın. Bodygartları gəldi, işçimizi 2 laptopla apardı. Adam 2nə də baxıb deyib ki, 17 böyük və ağırdır, özümlə daşımaq çətin olacaq, 15 olsun. Bir də xahiş edib ki, Windows yazın, hələ ki, Mac OS öyrənənə kimi işim dayanmasın. 

Maraqlı tərəfi ondadır ki, birincini çox müasir və bacarıqlı kimi tanıyırdım, ikincisi haqqında isə əks fikirdəydim. Amma, bu hal göstərdi ki, hər iki halda mən 180 dərəcə yanılmışam. 

Bəzən, xarici görünüş və davranış bizdə səhv təəsürat yaradır, bir hadisə isə ya məyus edir, ya da hörmət qazandırır. İnsanları tanımaq üçün bir yerdə yaşamaq da fakt deyil. 15-20 ildən sonra boşananlar da var.

P.S. Bu nazirlərin heç  biri çoxdan vəzifədə deyillər, hər ikisini çıxartdılar.