Hamı Amerikan və Avropa şirkətlərinin Rusiya bazarından getməsi barədə yazır ki, Putinin beli qırıldı, Rusiya artıq trilonlar itirib. Amma, bazardan gedən şirkətlər də milyon və milyardlar itirir. Rusiya balaca bazar deyil.
Bu yolla Rusiyada nəhəng defisit yaranır. Onu da Çin şirkətləri dolduracaq. Hələ İran, Türkiyə, Hindistan da o biri tərəfdən bundan istifadə edəcək və bazara girib öz hegemonluqlarını qura bilərlər. Sanksiyalar aradan qalxanda isə artıq Amerika və Avropa şirkətlərinə yer az olacaq, onsuz da bir gün sanksiyalar götürülcək.
Bizdə də istehsalat güclü olsaydı, qaymaq yığmaq olardı. Amma, gecikmişik. Amerikada luboy bankın analitika idarələri var, gələcəkdə hansı ölkələrdə nəyə ehtiyac olacağını proqnazlaşdıra bilir, müştərilərinə bu məlumatı təqdim edirlər.
Bizdə isə banklar hələ də xirda-mırda işlərlə məşğuldurlar.
Ağıllı olsaydılar bu məlumatları pulla alıb, sənayeni öncədən lazımlı istiqamətdə gücləndirib, özləri də qazanardı, büdcə də, biznes də, xalq da. #gülbaşımıza